Bloqa qayıt

Ağır Texnika Mühərrikinin Həddindən Artıq İsinməsinin 5 Səbəbi
Yayımlanma tarixi: 13 may 2026
MühərrikTəmirBaxımNasazlıq
Xüsusilə isti aylarda və ya intensiv iş rejimi zamanı buldozerlərin, kranların və ya ekskavatorların mühərrikləri normadan artıq istilənə bilər. Həddindən artıq isinmə son nəticədə mühərriyin sıradan çıxmasına və böyük xərclərə səbəb olur.
### Əsas 5 səbəb:
1. **Aşağı soyuducu (Antifriz) səviyyəsi:** Sistemdə qaçaq varsa, soyuducu maye azalır və isinməyə səbəb olur.
2. **Kirlənmiş radiatorlar:** İş mühitindəki toz, palçıq və digər qalıntılar radiator pətəklərini tıxayır.
3. **Qüsurlu termostat:** Termostatın xarab olması soyuducu mayenin mühərrik daxilində dövr etməsinin qarşısını alır.
4. **Keyfiyyətsiz motor yağı:** Yağ sürtünməni azaldır. Əgər vizkozluq (özlülük) aşağı düşübsə və ya köhnə yağ istifadə edilirsə mühərrik tez isinəcək.
5. **Zədələnmiş su nasosu (pompası):** Pompa soyuducu mayeni hərəkət etdirməsə, problem qaçılmazdır.
Mühərrik hissələri və antifriz dəyişimi üçün bizə müraciət edərək texnikanızı güvəndə saxlayın.

